Almaniyada Milad bazarında Santa Klaus əsəbiləşərək uşağı vurub.
32gun.az bildirir ki, bu barədə Bild yazıb.
Hadisə ölkənin şimalında kiçik dənizkənarı şəhər olan Stralsundda Milad bazarının ərazisində baş verib. Oraya uşaqları ilə gələn 34 yaşlı qadın dörd yaşlı oğlunu Şaxta babanın yanına göndərib. Qırmızı-ağ kostyumlu 62 yaşlı almanın qarşısında özünü tapan oğlan dilini çıxarıb.
Kişinin bu zərərsiz uşaq oyununu həqiqətən də bəyənməyib və əsa ilə uşağın üzünə ağrılı bir zərbə vurub. Polis Santa Klausun buna "maarifləndirici tədbir" kimi baxdığını bildirib. O, artıq sağlamlığa təhlükəli xəsarət yetirməkdə ittiham olunub.
Nilay