DÜNYA ÖZ XƏBƏR

Netanyahu Livanda atəşkəs razılaşmasını hərbi kabinetin təsdiqinə təqdim edəcək

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, noyabrın 26-da o , Livanda atəşkəs razılaşmasını ölkənin hərbi-siyasi kabinetinin təsdiqinə təqdim edəcək.

32gun.az Xarici KİV-ə istinadən xəbər verir ki, o  vurğulayıb ki, İsrail tərəfi ABŞ- la razılaşaraq tam hərbi əməliyyat azadlığını saxlayır. 

İsrailin baş naziri əlavə edib ki , Hizbullah razılaşmanı pozarsa, silahlanmağa, infrastruktur qurmağa və ya raket buraxmağa cəhd edərsə, o zaman Qüds “zərbə endiriləcək”.

Bir gün əvvəl Binyamin Netanyahunun İsrail Müdafiə Qüvvələri ilə Livan Hizbullah hərəkatı arasında atəşkəsə gətirib çıxaracaq mümkün razılaşmanı ilkin olaraq təsdiqlədiyi bildirilib.

Ayxan 

Oxşar Xəbərlər