DÜNYA ÖZ XƏBƏR

HƏMAS nümayəndə heyəti Misir kəşfiyyatının rəhbəri ilə görüşüb

Fələstinin HƏMAS radikal hərəkatının nümayəndələri Qahirədə Misir kəşfiyyatının rəhbəri ilə növbəti görüş keçirib.

32gun.az bildirir ki, bu barədə RİA Novosti hərəkatın rəsmi bəyanatına istinadən xəbər verib. 

Sənəddə bildirilir ki, Xəlil əl-Heyinin rəhbərlik etdiyi Həmas nümayəndə heyəti Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Həsən Mahmud Rəşad ilə danışıqları başa vurduqdan sonra Qahirəni tərk edib. Görüş zamanı Qəzza zolağında atəşkəsə nail olmaq üçün göstərilən səylər müzakirə olunub.

Dekabrın 8-də Qətər Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, əmirlik hakimiyyəti İsrail və HƏMAS arasında Qəzza zolağında münaqişənin həlli üçün vasitəçilik səylərini bərpa edib.

Dekabrın 5-də İsrailin yenilənmiş saziş layihəsini radikal HƏMAS hərəkatına təhvil verdiyi bildirilir . Qeyd olunur ki, yeni layihə bəzi israilli girovların azad edilməsini, eləcə də Qəzza zolağında atəşkəsin əldə olunmasını nəzərdə tutur. Razılaşmanı Baş nazir Benyamin Netanyahu təsdiqləyib.

Ayxan 

Oxşar Xəbərlər