İsrail də daxil olmaqla bəzi dövlətlər artıq Suriyadakı mövcud vəziyyətdən istifadə etməyə başlayıblar .
32gun.az TASS-a istinadən xəbər verir ki , bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev rusiyalı jurnalistlərlə görüşü zamanı bildirib .
“İsrail artıq faktiki olaraq [Suriya ilə] Colan təpələri ilə bağlı əvvəlki razılaşmaları etibarsız elan edib və uğurunu yerlərdə qurur”, - o qeyd edib.
Medvedevin sözlərinə görə, o, bilmir ki, bu, Suriya paytaxtını ələ keçirən müxalifət qüvvələrinin məqsədlərindən biri olub.
Eyni zamanda, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Yaxın Şərqdə baş verənlərin regionda “vəziyyəti sadələşdirmədiyinə” diqqət çəkib. Onun dediyi kimi, Moskva mövcud imkanları çərçivəsində dünyanın bu hissəsində öz maraqlarını müdafiə etməyə davam edəcək.
1944-cü ildən Colan təpələri tamamilə Suriyaya aid idi, lakin 1967-ci ildə Altı günlük müharibə zamanı İsrail bu ərazilərə nəzarəti ələ keçirdi. 1973-cü ildə Yom Kippur müharibəsindən sonra ölkələr atəşkəs razılaşması əldə edərək Colan təpələrini bölüşdürdülər.
Eyni zamanda, 1981-ci ildə İsrail müqavilə əsasında nəzarətində olan torpaqları birtərəfli qaydada ilhaq etdi. Elə həmin il BMT Təhlükəsizlik Şurası bu addımı qeyri-qanuni elan edib.
Ayxan