Almaniyanın Rusiya və Ukrayna arasında gələcək atəşkəs razılaşmasının təmin edilməsində rol oynaması ehtimalı var. Lakin hazırda sülhməramlı qüvvələrin konkret olaraq necə görünə biləcəyi məlum deyil.
32gun.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
Xüsusilə, Pistorius digər avropalı siyasətçiləri dəstəkləyərək bildirib ki, Ukraynada hərbçilərin olması ilə bağlı qərar qəbul etmək hələ tezdir, çünki danışıqlar və atəşkəs yoxdur.
"Əgər atəşkəs olarsa, o zaman təbii ki, Qərb ictimaiyyəti, NATO tərəfdaşları, potensial olaraq BMT və Avropa İttifaqı belə sülhün, atəşkəsin necə təmin oluna biləcəyini müzakirə etməli olacaqlar. Və açıq-aydın Almaniya, Avropanın ən böyük iqtisadiyyatı kimi, Bunda əhəmiyyətli rol oynayacaq" o deyib.
Ayxan