DÜNYA ÖZ XƏBƏR

Vilayət Vəliyev 400 min manat ödəyəcək - Xidmət rəisi ilə müavini, Mühafizəçi qadın və patrul əməkdaşı üçün

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühafizə xidmətinin satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az xəbər verir ki, müsabiqənin qalibi Kapital Security QSC olub. Tərəflər arasında 398.775,48 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Müqaviləyə əsasən ali təhsil ocağı 12 ay ərzində Xidmət rəisi, Xidmət rəisi müavini, Növbə nəzarətçisi, Mühafizəçi qadın, patrul Əməkdaşı ilə təmin edilməlidir. 

Bildirək ki, nizamnamə kapitalı 2000 AZN olan Kapital Security QS-nin qanuni təmsilçisi Elmar Quliyev Ramiz Oğludur.

Xatırladaq ki, AzTU-nin rektoru Vilayət Vəliyevdir. 

Ayxan

Oxşar Xəbərlər