Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair saziş layihəsini dəstəkləyib.
32gun.az bildirir ki, bu barədə Associated Press (AP) HƏMAS və Misir nümayəndələrinə istinadən yazıb.
“Danışıqlarda əsas vasitəçi olan Qətər İsrail və HƏMAS-ın razılaşmaya “ən yaxın” olduqlarını söylədi”, - nəşr yazıb.
Eyni zamanda, yəhudi dövlətinin rəsmi nümayəndəsi jurnalistlərə bildirib ki, sazişin yekun variantının detalları hələ də işlənir.
Yanvarın 12-də Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bildirib ki, Qəzzada girovların azad edilməsi ilə bağlı danışıqlar “son mərhələdədir” və Donald Tramp ABŞ prezidenti vəzifəsinə başlamazdan əvvəl razılıq əldə oluna bilər.
Reuters agentliyinin yanvarın 13-də verdiyi məlumata görə, saziş 24 saat ərzində bağlana bilər.
Nilay