DÜNYA ÖZ XƏBƏR

“İsrail girovlarının tezliklə azad ediləcəyinə əminəm”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Qəzza bölgəsində saxlanılan israilli girovların tezliklə azad ediləcəyinə dair əminliyini ifadə edib.

32gun.az bildirir ki, O, bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.

"Yaxın Şərqdəki girovlarla bağlı razılaşmamız var. Onlar tezliklə azad ediləcək", - siyasətçinin paylaşımında deyilir.

Məlumatlara görə, razılaşmanın ilk mərhələsində Fələstin hərəkatları 33 israilli girovu azad edəcək.

15 yanvar tarixində HƏMAS vasitəçilərə Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmaya hazır olduqlarını bildiriblər. Hərəkatın nümayəndə heyəti, Xəlil əl-Həyənin rəhbərliyi altında, Qətər və Misir vasitəçilərinə döyüşlərin dayandırılması və girovların azad olunması barədə təsdiq təqdim edib.

Bundan əvvəl İsrail hökumətinin adını açıqlamayan rəsmisi, HƏMAS-ın Qətərin vasitəçiliyi ilə atəşkəsə və girovların qaytarılmasına razılıq verdiyini bildirmişdi.

Ayxan 

Oxşar Xəbərlər