DÜNYA ÖZ XƏBƏR

İsrail Qəzza və girovlarla bağlı razılaşmanı təsdiq edəcək / Bu Tarixdə

İsrailin hərbi-siyasi kabineti 16 yanvarda HƏMAS ilə atəşkəs sazişini təsdiqləmək üçün toplaşacaq

İsrailin hərbi-siyasi kabineti 16 yanvarda HƏMAS ilə atəşkəs və İsrail əsirlərinin azad edilməsi barədə sazişi təsdiqləmək məqsədilə toplaşacaq.

32gun.az bildirir ki, bu barədə Kan dövlət televiziyası məlumat yayıb.

Sözügedən iclas saat 11:00-da (13:00 Bakı vaxtı) baş tutacaq və sazişin təsdiqi müzakirə ediləcək.

Xatırladaq ki, çərşənbə günü Al Jazeera telekanalı HƏMAS-ın atəşkəs sazişi çərçivəsində 33-dən az olmayan israillini azad edəcəyini bildirmişdi. Öz növbəsində, İsrail Qəzza zolağından 700 metr geri çəkiləcək.

Ayxan 

Oxşar Xəbərlər