Qəzza sektorunda atəşkəs rejimi 19 yanvar, bazar günü qüvvəyə minəcək.
32gun.az bildirir ki, bu barədə RİA Novosti-yə Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani bildirib.
Onun sözlərinə görə, Qətər, Misir və ABŞ-ın vasitəçiləri Qəzza sektorundakı tərəflər arasında atəşkəs barədə razılığa gəliblər. İlk mərhələdə 33 israilli əsir, o cümlədən mülki və hərbi qadınlar azad ediləcək. Buna qarşılıq olaraq, İsrailin həbsxanalarından və təcridxanalarından fələstinli məhbuslar azad ediləcək.
Əl Tani əlavə edib ki, atəşkəsin ilkin mərhələsi 42 gün davam edəcək və bu müddət ərzində İsrail 8 oktyabr 2023-cü ildən sonra saxlanılan fələstinliləri azad etməlidir.
Ayxan