DÜNYA ÖZ XƏBƏR

"Trampın hakimiyyəti dövrü Zelenski üçün təhlükəli bir mərhələdir"

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski üçün təhlükəli bir dövrdə hakimiyyətə gəlib.

32gun.az xəbər verir ki, bu barədə New York Times qəzetinin məqaləsində deyilir.

"Tramp Ukrayna üçün Zelenski üçün təhlükəli bir vaxtda hakimiyyətə gəldi. Siyasətçi üçün başqa bir problem isə atəşkəs ehtimalı ilə ilhamlanmış siyasi müxalifətin canlanması oldu," – məqalədə qeyd olunur.

Materialda həmçinin Zelenskinin reytinqinin aşağı düşdüyü vurğulanır ki, bu da onun müharibə dövrü lideri kimi mövqeyini zəiflədə bilər.

Qeyd edək ki, Zelenski yanvarın 22-də ABŞ-dan Ukraynaya yardımın davam etdiyini bəyan edib. O, həmçinin Kiyevin ABŞ-ın yeni hakimiyyəti ilə əməkdaşlıq planlarından danışıb. Zelenskinin sözlərinə görə, əvvəlcə Ukrayna və ABŞ administrasiyaları arasında komandalararası görüşlər keçiriləcək, daha sonra Zelenski Donald Trampla görüşmək üçün hazırlıqlara başlayacaq.

Ayxan 

Oxşar Xəbərlər