DÜNYA ÖZ XƏBƏR

Avropa Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı fikir ayrılığına düşüb - TİMES

Avropa ölkələri Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsində bir-birindən fərqli mövqelər tutur.

32gun.az bildirir ki, bu barədə The Times qəzeti məlumat yayıb.

Böyük Britaniya, FransaŞimali Avropa ölkələri atəşkəs razılaşması əldə edildikdən sonra Ukraynaya "on minlərlə" hərbçi göndərilməsini dəstəkləyir. Lakin Almaniya bu cür planlara qarşıdır.

Polşa və Baltikyanı ölkələr isə bu missiyanın Rusiyayla sərhəd bölgələrdəki ölkələrin müdafiəsi üçün hərbi resursları azaldacağı və onları zəifləndirə biləcəyi barədə narahatlıq keçirirlər.

Bütün tərəflər bu təşəbbüs üçün ABŞ prezidenti Donald Trump-ın dəstəyitəhlükəsizlik zəmanətləri tələb olunduğunda razıdırlar.

Ayxan 

Oxşar Xəbərlər