ABŞ-ın keçmiş prezidenti Donald Tramp Qəzza zolağında dağıdılmış tikililərin bərpasının 10-15 il çəkəcəyini bildirib.
32gun.az bildirir ki, bu barədə Reuters Ağ Evdəki mənbəyə istinadən yazır.
Məlumata görə, Tramp Qəzzanı yaşamaq üçün yararsız hesab edir və insanları orada saxlamağın "qeyri-insani" olduğunu vurğulayıb. O, həmçinin bu Fələstin ərazisini "söküntü yeri" adlandırıb.
Yanvarın 19-dan etibarən İsrail və HƏMAS arasında əldə edilən razılaşma çərçivəsində Qəzzada atəşkəs rejimi qüvvədədir. Saziş İsrail girovlarının fələstinli məhbuslarla mübadiləsini nəzərdə tutur.
Razılaşmanın ilk mərhələsi 42 gün ərzində 33 israilli girovun təxminən min fələstinli ilə dəyişdirilməsini əhatə edir və artıq iki mübadilə həyata keçirilib. Atəşkəsin başlanğıcından etibarən Qəzzaya humanitar yardımın həcmi əhəmiyyətli dərəcədə artıb, İsrail isə sakinlərin cənubdan anklavın şimalına qayıtmasına icazə verib.
Fevralın 4-də Qəzzada atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqlar başlayıb.
Ayxan