DÜNYA ÖZ XƏBƏR

Çexiyanın XİN başçısı: Rusiya ilə tələsik danışıqlar kapitulyasiya deməkdir

Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiya və onun lideri Vladimir Putinlə tələsik danışıqlara qarşı çıxıb.

32gun.az bildirir ki, "Avropa Pravda" nəşrində yazdığı məqalədə Lipavski bunun diplomatiya adı altında gizlədilmiş kapitulyasiya olacağını bildirib.

"Atəşkəs adı altında Rusiya tərəfindən işğal olunmuş ərazilərin dondurulması və ya Ukraynanın Avropa və transatlantik icmada qanuni yerindən məhrum edilməsi Kremlin zorakılıq və aldatma siyasətinin mükafatlandırılması deməkdir", – deyə çexiyalı nazir vurğulayıb.

Lipavskinin fikrincə, əgər Qərb Ukraynaya dəstəyini zəiflədərsə, Rusiya "dominant mövqe, qeyri-sabitlik və demokratik dünya nizamının sarsıdılması"na nail olacaq.

Ayxan 

Oxşar Xəbərlər