SOSIAL
Nazirliyin hazırladığı bu videoçarx hər kəsi kövrəltdi - Xocalı 30 il (VİDE0)
Gənclər və İdman Nazirliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində videoçarx hazırlayıb.
32gun.az xəbər verir ki, videoçarx Xocalıda misli görünməmiş qəddarlıq və amansızlıqla qətlə yetirilmiş 63 günahsız uşağın əziz ruhuna ithaf olunur.
Xatırladaq ki, bu qətliam nəticəsində 613 Azərbaycan vətəndaşı qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70 qoca vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa 487 nəfər yaralanıb, 1275 dinc sakin əsir götürülüb. İtkin düşmüş 155 nəfərin taleyi hələ də məlum deyil.