DÜNYA ÖZ XƏBƏR

Zelenski atəşkəs üçün şərtlərini AÇIQLAYIB

Zelenski: Ukrayna atəşkəs üçün təhlükəsizlik zəmanətləri tələb edir

Ukrayna Prezidenti Volodimir Zelenski, atəşkəsin yalnız Rusiya ilə münaqişənin "isti fazasının" sonlanmasının bir hissəsi olacağını və təhlükəsizlik zəmanətləri olmadan atəşkəsin mümkün olmayacağını bildirib.

32gun.az bildirir ki, o, bu barədə The Economist-ə verdiyi müsahibədə qeyd edib. Zelenski vurğulayıb ki, atəşkəs özlüyündə məqsəd deyil və yalnız müharibənin hərbi fazasının bitməsini təmin edən bir tədbir ola bilər.

"İsti müharibə fazası başa çatacaq. Əgər başa çatsa, hərbi vəziyyət də bitəcək, yəqin...

Əgər hərbi vəziyyət yoxdursa, parlament seçkiləri keçirməlidir. Tarixi elan etməli və müvafiq qanunvericilik addımları atmalıdır," – deyə Zelenski əlavə edib.

Bundan əvvəl, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellog, Kiyevin 2025-ci ilin sonunadək prezident və parlament seçkilərini keçirməli olduğunu bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ukraynada seçkilərin keçirilməsini rəhbərliklərinin leqitimliyinin təmin edilməsi baxımından vacib hesab etdiklərini qeyd edib. Lakin, Peskov Kiyevdəki rəsmi şəxslərin bu cür təkliflərə "tam razı olmadığını" da bildirib.

Zelenskinin prezidentlik səlahiyyətlərinin müddəti 2024-cü ilin may ayında başa çatacaq.

Ayxan 

Oxşar Xəbərlər