Fələstinin HƏMAS hərəkatı Donbas əsilli Maksim Xarkinin Qəzza zolağında azad edilməsi üçün Rusiya Federasiyasından aldığı müraciəti nəzərə alacaq.
32gun.az bildirir ki, bu barədə TASS xəbər agentliyinə HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk məlumat verib.
O qeyd edib ki, tələb Həmas-İsrail razılaşmasının ikinci mərhələsində nəzərə alınacaq.
Agentlik hərəkatın Siyasi Bürosunun sədr müavinindən sitat gətirib:
"Biz Rusiyanın tələbinə hörmətlə yanaşdıq, lakin hazırda sövdələşmənin ikinci mərhələsinə daxil olan girovlar haqqında məlumatı açıqlaya bilmərik".
O əlavə edib ki, İsrailin Dohaya öz nümayəndə heyətini göndərməsi şərti ilə atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlar gələn həftə başlayacaq.
Nilay