DÜNYA ÖZ XƏBƏR

Makron Ukraynada atəşkəsin nə vaxt əldə oluna biləcəyini təklif edir

Fransa prezidenti Emmanuel Makron Ukraynada atəşkəsin nə vaxt əldə oluna biləcəyini təklif edib . 32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, ilk növbədə atəşkəs bağlanmalıdır. Makron hesab edir ki, buna yaxın həftələrdə nail olmaq olar.

Bundan əvvəl Makron bildirib ki, Vaşinqton və Moskva arasında dialoqun bərpası üçün “yaxşı səbəblər var” . Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin bərpası üçün tutarlı səbəblər var.

Bundan əlavə, Fransa lideri həmçinin bəyan edib ki, Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması beynəlxalq hüquqa ziddir. Onun fikrincə, bu məsələyə müstəsna olaraq Ukrayna münaqişəsinin həlli üçün sülh danışıqları çərçivəsində baxılmalıdır.

Makron vurğulayıb ki, Rusiyanın dondurulmuş vəsaitlərindən istifadə məsələsinə yalnız Ukrayna münaqişəsinin həlli üçün sülh danışıqları çərçivəsində baxılmalıdır.

Ayxan 

Oxşar Xəbərlər