DÜNYA ÖZ XƏBƏR

İsrail rəsmisi atəşkəs elan edib

Misirin paytaxtı Qahirədə İsrail və Həmas arasında atəşkəsin ikinci mərhələsinə dair danışıqlar davam edir.

32gun.az xarici KİV-ə istinadən xəbər verir  ki, İsrail rəsmisi ölkəsinin mediasına bildirib ki, İsrailin danışıqlar qrupunun bu gecə Misirin paytaxtı Qahirədən dönməsi gözlənilir. İsrail rəsmisi açıqlamasında "Danışıqlar sabah davam edəcək" deyib.

Misirin iki təhlükəsizlik mənbəsi bu gün səhər saatlarında İsrailin Qahirədəki nümayəndə heyətinin atəşkəs razılaşmasının birinci mərhələsinin daha 42 gün uzadılmasını danışıqlar masasına gətirməyi nəzərdən keçirdiyini bildirib. Mənbələr HƏMAS-ın atəşkəs razılaşmasının birinci mərhələsinin uzadılmasına qarşı çıxdığını bildirərək, "Müharibənin bitməsi və İsrail Müdafiə Qüvvələrinin tamamilə geri çəkilməsi üçün dəqiq bir tarix təyin edilməzsə, bütün məhbusların azad ediləcəyini gözləmək olmaz" deyib.

Ayxan 

Oxşar Xəbərlər