.webp)
Yalovada günorta saatlarında depressiyaya düşdüyü iddia edilən şəxs 8 yaşlı əlil oğlu ilə birlikdə 6 mərtəbəli binanın damına çıxaraq həyatına son qoymağa çalışıb. Qadın komanda tərəfindən razılaşdırılaraq damdan endirilib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə saat 14:00 radələrində Adnan Menderes Məhəlləsində baş verib. Depressiyaya düşdüyü iddia edilən BŞS əlil oğlunu da götürərək Yalova Vergilər İdarəsinin 6 mərtəbəli binasının damına çıxıb. Ətrafdakı insanların xəbəri üzərinə xilasetmə, polis və Ailə və Sosial Xidmətlər İl Müdirliyi qrupları ünvana sövq edildi. Yanğınsöndürənlər təhlükəsizlik yastıqlarını işə salarkən, ekipajın bir saatlıq səyindən sonra qadın razılaşdırılaraq damdan endirilib.
BSS və uşağı həkim qruplarına təhvil verilib. Həmin anlar ətrafdakı insanlar tərəfindən mobil telefon kameraları ilə lentə alınıb.
Ayxan