DÜNYA ÖZ XƏBƏR

İsrailin atəşkəs bəyanatı: Biz ikinci mərhələyə keçməyə hazırıq

İsrailin xarici işlər naziri Gideon Saar İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı açıqlama verib.

32gun.az xəbər verir ki, Saar, HƏMAS-ın 59-dan çox əsiri azad etməyə hazır olması şərti ilə İsrailin atəşkəs razılaşmasının ikinci mərhələsinə keçməyə hazır olduğunu bildirib.

"Biz ikinci mərhələyə keçməyə hazırıq. Lakin daha çox girovların azad edilməsi, müddətin və ya çərçivənin uzadılması üçün bizə razılaşma lazımdır", - Saar deyib.

İsrail mətbuatında yer alan “İsrail 10 günlük razılaşma müddəti təyin edib və ya münaqişəni yenidən başladacaq” xəbərlərinə toxunan Saar, “Əgər bunu etmək istəsək, edəcəyik” deyib. 

Yanvarın 19-da qüvvəyə minən Qəzza zolağında atəşkəsin birinci mərhələsi 42 gün sonra fevralın 2-də başa çatıb və ikinci mərhələ üçün başlamalı olan danışıqlar dalana dirənib. Razılaşmanın ilk mərhələsində İsrail həbsxanalarından 1700-dən çox fələstinli məhbus, Qəzzadan 25-i sağ, 8-i ölü olmaqla 33 İsrailli məhbus və 5 Tailandlı məhbus da azad edilib.

Ayxan 

Oxşar Xəbərlər