ABŞ və Ukraynanın nümayəndə heyətləri atəşkəsə nail olmaq üçün səyləri müzakirə etmək üçün çərşənbə günü, fevralın 12-də Ər-Riyadda görüşəcək.
32gun.az bildirir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən yazıb.
Amerika nümayəndə heyətinə ABŞ dövlət katibi Marko Rubio , ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff və ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Vals daxildir . Ukrayna nümayəndə heyətinə prezident administrasiyasının rəhbəri Andrey Yermak başçılıq edəcək .
Martın 6-da Ukrayna prezidenti Vladimir Zelenski gələn həftə Ukrayna və Amerika nümayəndə heyətləri arasında görüş keçiriləcəyini bildirib . Gələcək danışıqlar "mənalı" olmalıdır", - o deyib.
Ayxan