DÜNYA ÖZ XƏBƏR

Tramp Ukraynaya yardımı dayandırmamağın şərtini AÇIQLADI

Ukrayna nizamlanmaya hazır olmasa, Vaşinqton Kiyevə yardımı dayandıracaq. 

32gun.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. 

“Əgər onlar [Ukrayna hakimiyyəti] nizamlanmanı istəməsələr, biz gedəcəyik. Çünki biz onların həll yolu axtarmalarını istəyirik”, - Amerika lideri jurnalistin Ukraynaya gələcək yardımla bağlı sualını cavablandırarkən deyib.

Martın 4-də Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını elan edib . Bu qərar Trampın oval kabinetdə ukraynalı həmkarı Vladimir Zelenski ilə münaqişəsindən sonra verilib .

Martın 6-da Avropa Şurasının iclasında çıxışı zamanı Ukrayna prezidenti ölkəsinin “ədalətli sülh” istəyini və hazır olduğunu bəyan edib . “Sülh”ə doğru atılan addımlar arasında o, enerji və digər infrastruktura hücumların dayandırılmasını, dənizdə atəşkəsin və məhbusların azad edilməsini qeyd edib. Guya bu yolla Ukrayna prezidenti Rusiyanın aldatma və təxribata əl atmayacağına əmin olmaq istəyib.

Ayxan 

Oxşar Xəbərlər