DÜNYA ÖZ XƏBƏR

Tramp Ukrayna ilə bağlı ABŞ-Rusiya danışıqlarının vaxtını açıqlayıb

ABŞ və Rusiya martın 11 və ya 12-də Ukraynada nizamlanmaya dair danışıqlar aparacaq.

32gun.az Reuters-ə istinafən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. 

“Rusiya ilə daha sonra, bu gün və ya sabah görüşəcəyik”, - deyə bəyanatda bildirilir.

Bu bəyanat ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında danışıqların bitməsindən az sonra verilib. Görüş doqquz saat davam edib. 

Görüşdən sonra Ukrayna tərəfi ABŞ-ın 30 günlük atəşkəs rejiminin tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib . Vaşinqton bu məlumatı Moskvaya çatdıracaq və izah edəcək ki, sülhə nail olmağın açarı bu məsələdə “qarşılıqlılıq”dır.

Bundan əlavə, tərəflər "mümkün qədər tez" faydalı qazıntılar haqqında saziş bağlamaq və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etmək barədə razılığa gəliblər. Və

Danışıqları şərh edən ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirib ki, Ukrayna nümayəndə heyəti görüşdə münaqişəyə son qoymaq üçün “konkret addımlar və təkliflər” təqdim edib.

Ayxan 

Oxşar Xəbərlər