DÜNYA ÖZ XƏBƏR

O da Ukraynada atəşkəs rejiminin yaradılmasını dəstəkləyib

Avropa İttifaqı Ukraynada atəşkəsin yaradılması təklifini , həmçinin Vaşinqtondan Kiyevə hərbi dəstəyin bərpasını dəstəkləyir.

32gun.az bildirir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen X sosial şəbəkəsindəki səhifəsində məlumat verib

"Biz Ciddədən gələn bugünkü xəbərləri, o cümlədən atəşkəs razılaşması təklifini və  ABŞ- ın təhlükəsizlik yardımını alqışlayırıq ", - AK rəhbəri yazıb.

O əlavə edib ki, "top indi Rusiyanın meydançasındadır".

Daha əvvəl bildirilmişdi ki, Səudiyyə Ərəbistanında Ukrayna tərəfi ABŞ-ın 30 günlük atəşkəs rejiminin tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib. Zelenskinin internet saytındakı yazıda deyilir ki, ABŞ səlahiyyətliləri bu məlumatı Rusiyaya çatdıracaq və sülhə nail olmağın açarının bu məsələdə “qarşılıqlılıq” olduğunu izah edəcək.

Martın 11-də Ciddədə Ukrayna və ABŞ nümayəndələri arasında görüş baş tutub . Danışıqların birinci raundunda Kiyevin dənizdə və səmada atəşkəslə bağlı təklifi, həmçinin nadir torpaq mineralları ilə bağlı razılaşmanın müzakirə olunacağı bildirilir. İkinci raundda müzakirə təhlükəsizlik təminatlarına çevrilib.

Ayxan 

Oxşar Xəbərlər