DÜNYA ÖZ XƏBƏR

ABŞ dövlət katibi Rusiya atəşkəsdən imtina etsə nə baş verəcəyini açıqladı

Rusiya Vaşinqtonun Ukraynada təklif etdiyi 30 günlük atəşkəsdən imtina edərsə , "bu, bizə çox şey deyəcək".

32gun.az Reuters-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Rubionun sözlərinə görə, Ağ Ev Kiyevin danışıqlar masası arxasına əyləşməsinə sevinir , indi “hə” demək Rusiyadan asılıdır.

Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar baş tutub . Görüşdən sonra Kiyev Vaşinqtonun münaqişə zonasında 30 günlük atəşkəs tətbiq etmək təklifini qəbul etməyə hazır olduğunu bildirib. ABŞ isə öz növbəsində bu məlumatı Rusiya rəhbərliyinə çatdırmaq niyyətində olduğunu açıqlayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki , Moskva ABŞ-ın Ukrayna ilə təklif etdiyi atəşkəs məsələsində özünü qabaqlamaq istəmir.

Nilay

Oxşar Xəbərlər