Rusiya Ukrayna ilə 30 günlük atəşkəs təşəbbüsü ilə razılaşa bilər , lakin Rusiya prezidenti Vladimir Putin Moskvanın şərtlərinin "müqaviləyə daxil edilməsinə" əmin olmaqda qərarlıdır.
32gun.az bildirir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
“Rusiya liderinin Ukrayna ilə atəşkəs üçün mümkün şərtlərlə razılaşacağı ehtimalı olsa da, o, əvvəlcədən öz şərtlərinin daxil edilməsinə əmin olmaq istəyir”, - nəşr yazıb.
Eyni zamanda, agentliyin mənbələrinin iddia etdiyi kimi, Putinin Rusiyaya ən əlverişli şərtləri təmin etmək üçün Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın əldə edilməsi üçün vaxt çərçivəsini yubatmağa çalışacağı gözlənilir.
Qeyd olunur ki, Rusiya nümayəndələri amerikalı həmkarları ilə Kiyevin martın 11-də Ciddədə razılaşdığı “xüsusi razılaşmanı” müzakirə etməyiblər.
Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar baş tutub . Görüşdən sonra Kiyev Vaşinqtonun münaqişə zonasında 30 günlük atəşkəs tətbiq etmək təklifini qəbul etməyə hazır olduğunu bildirib. ABŞ da öz növbəsində bu məlumatı Rusiya rəhbərliyinə çatdırmaq niyyətində olduğunu açıqlayıb.
Ayxan