Çorumda qida fabrikində yanğın baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, xilasedici qruplar qorxunc yanğına müdaxilə etməyə davam edərkən, tüstüdən təsirlənən 3 nəfər xəstəxanaya aparılıb.
Hadisə Çorum Mütəşəkkil Sənaye Bölgəsində, 16-cı küçədə yerləşən Aksular şirkətinə məxsus qida fabrikində baş verib.
Daxil olan məlumata görə, fabrikin istehsalat hissəsində naməlum səbəbdən yanğın baş verib. Yanğın sürətlə böyüyərək fabriki bürüyüb. Xəbərdarlıq üzərinə hadisə yerinə çox sayda xilasetmə, Meşə Əməliyyat Müdirliyi, jandarma və sağlamlıq qrupları sövq edilib.
Fabrikdəki işçilər qruplar tərəfindən təxliyə edilərkən, 4 nəfər tüstüdən zərər çəkib. Tüstüdən zərər çəkən vətəndaşlardan 3-ü xəstəxanaya çatdırılıb, 1-nə isə hadisə yerində tibbi yardım göstərilib. Ara-sıra partlayışların yaşandığı yanğına qruplar müdaxilə etməyə davam edir.
Ayxan