DÜNYA ÖZ XƏBƏR

İftar vaxtı dava baş verib: Qan tökülüb

Elazığda iftar zamanı çıxan bıçaqlı davada bir nəfər yaralanıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hadisə mərkəzdəki Şehit İlhanlar küçəsində baş verib. Əldə edilən məlumata görə, bir-biri ilə mübahisə edən iki şəxs iftar vaxtı küçənin ortasında görüşüb və mübahisə edib. Mübahisə böyüyüb. Naməlum şəxs qarşısındakını bıçaqlayaraq hadisə yerindən qaçıb.

Vətəndaşların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Polis qrupları qaçan şübhəlinin tutulması üçün əməliyyata başlayıb.

Nilay

Oxşar Xəbərlər