DÜNYA ÖZ XƏBƏR

Dəhşətli mənzərə: Zibil konteynerində ölü itlər tapılıb - VİDEO

İstanbulun Sancaktəpə səmtində zibil konteynerində ölü itlər tapılıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rayonda zibil qabında torbalarda tapılan ölü itlərin görüntüləri bəzi sosial media hesablarında paylaşılıb.

Sözügedən görüntülərdə vətəndaşların cansız it cəsədini gördükləri vəziyyətə reaksiya verməsi, bəzilərinin isə ağlaması əks olunub.

Səhər saatlarında itə sağlam qida verildiyi bildirilən görüntülərdə ölən itin Sancaktepe Bələdiyyəsinin maşını ilə zibil qabına atıldığı iddia edilib.

Hadisə ilə bağlı açıqlama verən Sancaktepe Bələdiyyə Başçısı Alper Yeğin tədbir olaraq Baytarlıq İşləri Müdirliyində çalışan 3 əməkdaşın işdən uzaqlaşdırıldığını və lazımi araşdırma və müayinənin başladığını bildirib.

Ayxan

Oxşar Xəbərlər