Kütahyada 3 gündür hər yerdə axtarılan yaşlı qadın çay yatağında huşsuz vəziyyətdə tapılıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 3 gün əvvəl məscidə getmək üçün Uluoymak Məhəlləsindəki evindən çıxaraq geri qayıtmayan 80 yaşlı Cevriye Memişlə bağlı başladılan əməliyyat-axtarış tədbirlərində ərazidəki təhlükəsizlik kameraları araşdırılıb.
Məscid istiqamətində getdiyi müəyyənləşən Memişin tapılması üçün bu bölgədə işlər intensivləşdirilib.
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD), polis, jandarma və mülki axtarış-xilasetmə qruplarının iştirak etdiyi axtarış əməliyyatlarının üçüncü günündə Memiş rayondan təxminən 5 kilometr aralıda, Muhipler Göleti ətrafındakı dərə yatağının yanında huşsuz vəziyyətdə tapılıb.
Axtarış-xilasetmə qrupları tərəfindən ilkin tibbi yardım alan Memiş Gediz Dövlət Xəstəxanasına aparılıb.
Ayxan