Rostov vilayətində yaşayan 41 yaşlı Alla adlı qadın beş il ərzində "falçı"ya 7,8 milyon rubl (təxminən 147 min manat) ödəyib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, 2019-cu ildə tanış olduğu 37 yaşlı Oksana adlı qadın Allanı guya fövqəltəbii qabiliyyətlərə malik olduğuna inandırıb və müəyyən məbləğ müqabilində onlayn məsləhətlər verəcəyini vəd edib. Alla bu müddət ərzində falçının daimi müştərisinə çevrilib və hər ay onunla danışaraq pul göndərib.
Problemlərinin həll olunmadığını görən Alla nəhayət polisə müraciət edib. Hüquq-mühafizə orqanları tezliklə Oksananı saxlayıb və ona qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Nilay