Bursansanın İnegöl rayonunda meşədə kolluq sahədə yanğın baş verib. Xilasedici qrupların müdaxiləsi ilə söndürülən yanğın 50 hektarlıq ərazini külə çevirib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yanğın saat 20:30 radələrində Ortaköy Məhəlləsində meşəlik sahədə kolluq sahədə baş verib.
Yanğın sürətlə böyüyüb. Alovu görən vətəndaşlar vəziyyəti İnegöl Xilasetmə Xidmətinə xəbər verib.
Yanğın yerinə çoxlu sayda yanğınsöndürmə qrupu və Meşə Əməliyyat Müdirliyinə aid su tankerləri sövq edilib.
Xilasedici qruplarının müdaxiləsi ilə yanğın 1 saatda nəzarət altına alındı. Yanğın nəticəsində 50 hektar ərazi külə dönüb. Yanğının başvermə səbəbləri araşdırılır.
Ayxan