DÜNYA ÖZ XƏBƏR

Sabiq Bələdiyyə sədri həbs edildi - Terror təşkilatına maliyyə yardımı göstərib

İstanbulda DHKP/C silahlı terror təşkilatına maliyyə yardımı etdiyi iddiası ilə saxlanılan keçmiş Sarıyer bələdiyyə sədri Şükrü Gənc həbs edilib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində, DHKP/C silahlı terror təşkilatına maliyyə dəstəyi vermək və ehtiyaclarını qarşılamaq məqsədilə "İhtiyaç Komitesi" (İKOM) adlı qurum yaradıldığı müəyyən edilib. 2014-2016-cı illər arasında təşkilata maliyyə yardımı edildiyi və bir şirkət vasitəsilə təşkilatın maliyyələşdirildiyi iddiaları ilə bağlı 34 nəfər şübhəli şəxs saxlanılıb.

Şübhəlilərdən 26-sı, o cümlədən keçmiş Sarıyer Bələdiyyə sədri Şükrü Genç və həmin dövrdə Ataşehir Bələdiyyəsinin sədri Xüsusi Katibi, hazırda Manisa Şəhidzadələr Bələdiyyəsi sədr müavini olan Melih Morsümbül, həbslə məhkəməyə çıxarılıb. Digər 8 nəfər isə məhkəməyə nəzarət tədbiri tətbiqi tələbi ilə çıxarılıb.

Məhkəmə qərarına əsasən, Şükrü Genç həbs olunub. O, ifadəsində DHKP/C-yə maddi dəstək vermədiyini və Sarıyer Bələdiyyəsi olaraq təhlükəsizlik qüvvələri ilə birgə təşkilata aid olduğu deyilən binanın sökülməsində iştirak etdiklərini bildirib.

Ayxan 

Oxşar Xəbərlər