Tokatda 85 yaşlı kişi ot təmizləmək üçün yandırdığı odda yanaraq ölüb.
32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə şəhər mərkəzindən təxminən 28 kilometr aralıda yerləşən Çökelikkışla kəndində baş verib.
İddiaya görə, 85 yaşlı Halil Çelikdən bir müddət xəbər tutmayan yaxınları onu axtarmağa başlayıb. Kəndin girişində xeyriyyə məqsədilə tikdirdiyi bulağın yanında meyit görən vətəndaşlar vəziyyəti dərhal muhtara xəbər veriblər.
Hadisə yerinə gedən kənd sakinləri yerdə yatan şəxsin Halil Çelik olduğunu və onun həyatını itirdiyini öyrənib. İlkin araşdırmalara görə, Çelikin bulağın ətrafındakı otları təmizləmək üçün od yandırdığı, lakin alov içində qalaraq öldüyü ehtimal edilir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ayxan