Şanlıurfanın Viranşehir rayonunda 5-ci sinif şagirdinin məktəbdə epilepsiyası tutub. Şagird xəstəxanaya aparılsa da, dünyasını dəyişib.
32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, 5-ci sinif şagirdi N.Ş., məktəb tualetində epilepsiya tutub. Müəllimlərin xəbərdarlığı ilə məktəbə 112 Təcili Yardım briqadası göndərilib.
İlkin tibbi yardımdan sonra Viranşehir Dövlət Xəstəxanasına çatdırılan tələbə bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Ayxan