Moldova, təbii fəlakətlərə qarşı xəbərdarlıq sistemi yaratmaq üçün Dünya Bankından 40 milyon dollar kredit almağı planlaşdırır.
32gun.az bildirir ki, bu barədə respublikanın parlamentinin saytında məlumat verilib.
Yüngül şərtlərlə verilən kredit ilk oxunuşda ratifikasiya edilib. Ümumi məbləğin 5 milyon dolların mobil telefon vasitəsilə əhalini xəbərdar etmək üçün xəbərdarlıq sistemi qurulmasına yönəldiləcəyi bildirilib, bu da təcili vəziyyətlər barədə məlumatların sürətlə yayılmasına imkan verəcək. 22,5 milyon dollar isə təcili reaksiya üçün avadanlıq alınmasına sərf ediləcək, 6 milyon dollar isə hidro-meteoroloji xidmətlərin yaxşılaşdırılmasına ayrılacaq.
Kreditin 30 il ərzində, 5 illik güzəşt müddəti ilə ödəniləcəyi qeyd edilib.
Ayxan