DÜNYA ÖZ XƏBƏR

Türkiyə Polisindən cindar və falçılara qarşı ƏMƏLİYYAT: "Tiktok"da görün nə ediblər

Sakarya Cumhuriyet Başsavcılığı TikTok və sosial mediada saxta medyumluq (ruhlar aləmi ilə əlaqəyə keçə bildiyini və ölülər ilə canlılar arasında əlaqə qura bildiyini iddia edən şəxs) edənlərə qarşı araşdırma başladıb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılan əməliyyat nəticəsində, Sakarya mərkəzli, Şanlıurfa, Antalya, İzmir, Kayseri, Bursa, Yozgat, Eskişehir, Manisa, İstanbul və Ankaradan olan 28 şübhəli saxlanılıb. Bu şəxslər, 87 milyon manat dəyərində dələduzluq edərək vətəndaşları zərər vurublar.

Sakarya İl Emniyyət Müdürlüyündə sorğu olunan şübhəlilərdən 5-i həbs edilib, 19-u məhkəmə nəzarəti ilə azadlığa buraxılıb, 4-ü isə prokurorluq ifadəsindən sonra sərbəst buraxılıb. Əməliyyat, 11 şəhərdə eyni vaxtda həyata keçirilib.

Ayxan 

Oxşar Xəbərlər