DÜNYA ÖZ XƏBƏR

Hizbullah 3 Suriya əsgərini qaçıraraq edam edib - Suriya Müdafiə Nazirliyi

Suriya Müdafiə Nazirliyi üç Suriya əsgərinin Hizbullah tərəfindən qaçırılaraq edam edildiyini açıqlayıb.

32gun.az bildirir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA Müdafiə Nazirliyinin Media Ofisinə istinadən xəbər verir ki, Hizbullah üzvləri Suriya ordusunun üç əsgərini pusquya salaraq Livana aparıblar.

Xəbərdə Hizbullah üzvlərinin Livanda qaçırdıqları üç suriyalı əsgəri edam etdikləri bildirilir.

Bu arada Hizbullah tərəfindən verilən yazılı açıqlamada Suriya-Livan sərhədində baş verən hadisələrlə heç bir əlaqəsinin olmadığı bildirilib.

Açıqlamada Suriyada daha əvvəl baş verən hadisələrlə heç bir əlaqəsinin olmadığı da vurğulanıb.

Digər tərəfdən Livanın rəsmi xəbər agentliyi NNA ölkənin şərqində Suriya sərhədində yerləşən Əl-Qəsr qəsəbəsinə raketlərin düşdüyünü bildirib.

Xəbərdə sözügedən raketlərin Suriyanın Homs bölgəsindən atıldığı iddia edilsə də, itkilər barədə məlumat verilməyib.

NNA, gün ərzində Qəsr qəsəbəsində üç naməlum şəxsin cəsədinin tapıldığını və daha sonra cəsədlərin Livan ordusu tərəfindən Suriya hakimiyyətinə təhvil verildiyini bildirib.

Nilay 

Oxşar Xəbərlər