ABŞ və Ukrayna arasında ərazi güzəştləri müzakirə edilib
ABŞ və Ukrayna rəsmiləri arasında Kiyevin ərazi güzəştləri məsələsi müzakirə edilib.
32gun.az bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Kərrolayn Livitt jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
"Bu məsələ prezident [Donald Tramp] komandasının və ukraynalıların iştirakı ilə müzakirə edilib", – deyə Livitt qeyd edib. O, sözügedən güzəştlərin konkret detalları barədə danışmaqdan imtina edərək bunun ABŞ və Rusiya prezidentlərinin sabah (çərşənbə axşamı) planlaşdırılan görüşü öncəsi məqsədəuyğun olmadığını vurğulayıb.
Xatırladaq ki, martın əvvəlində Livitt administrasiyanın Kiyevi "inanılmaz dərəcədə inadkar danışıqlar tərəfdaşı" kimi qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın vitse-prezidenti Cey Di Venslə mübahisə edib və bu da danışıqlarda gərginliyə səbəb olub.
Ayxan