ABŞ Prezidenti Donald Trump ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığından sonra Ağ Ev Ukraynadakı münaqişənin “heç vaxt başlamamalı və çoxdan bitməli olduğunu” bildirib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflərin gərginliyin azaldılması yollarını müzakirə etdiyi qeyd olunsa da, danışıqların detalları açıqlanmayıb.
Görüşün nəticəsi olaraq ABŞ və Rusiya Yaxın Şərqdə Ukraynadakı münaqişənin həlli məsələlərini müzakirə etmək üçün danışıqlara başlamaq barədə razılığa gəliblər.
Qeyd edək ki, Kreml bir gün əvvəl liderlərin telefon danışığını elan etmişdi. Rusiya tərəfi bildirirdi ki, görüşdə iki ölkə arasındakı münasibətlərin normallaşması məsələləri müzakirə olunacaq. Trump isə Putinin Ukraynada sərhədlərin müəyyənləşdirilməsi və atom elektrik stansiyalarına nəzarətlə bağlı vəziyyəti müzakirə edəcəyini açıqlamışdı.
Nilay