DÜNYA ÖZ XƏBƏR

Ürək parçalayan qəza: Sürücü sağ qalıb

Orduda sürücünün idarəetməni itirməsi nəticəsində çınqıl yüklü yük maşını aşıb. Ürək parçalayan qəzada tonlarla çınqıl yola səpilib, lakin sürücü xəsarət almadan xilas olub.

32gun.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza, Ünye Ətraf Yolu, Karşıyaka Məhəlləsində meydana gəldi. Daxil olan məlumata görə, Fatsa istiqamətində hərəkətdə olan İzzet Acarın idarə etdiyi 55 AAT 402 dövlət nömrə nişanlı çınqıl dolu yük maşını sürücünün idarəetməsini itirərək yol kənarındakı maneələrə aşıb. Qəzada tonlarla çınqıl yola tökülüb.

Hadisə yerinə sövq edilən sağlamlıq və polis qrupları yük maşını sürücüsünün xəsarət almadığını təyin etdi. Magistral yol işçiləri yola səpələnmiş çınqılların təmizlənməsi üçün işlərə başlayıb. Hadisə yerinə çağırılan evakuatorun köməkliyi ilə yük maşını çıxarılıb, çıxarılması 2 saat davam edib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Ayxan 

Oxşar Xəbərlər