DÜNYA ÖZ XƏBƏR

Macarıstan parlamenti Aİ-nin hərbi borclarına qarşı çıxıb

Macarıstan parlamenti ölkənin Avropa İttifaqından (Aİ) yenidən silahlanma proqramı çərçivəsində hərbi borclanmasında, o cümlədən Ukraynanın silahlanmasına ayrılan vəsaitlərdə iştirakına qarşı qətnamə qəbul edib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu sənədin məlumatları sübut edib. 

Nəşrin məlumatına görə, 138 deputat qətnamənin lehinə, 29-u əleyhinə səs verib, bir deputat isə bitərəf qalıb.

“Parlament bu proqramı maliyyələşdirmək üçün 150 milyard avroya qədər olan birgə Avropa borclanmasına qarşıdır”, - sənəddə deyilir.

Macarıstanın Avropanın müdafiə potensialının gücləndirilməsinin vacibliyini dərk etdiyi vurğulanıb.

Ayxan 

Oxşar Xəbərlər