Diyarbəkirdə xalalarının birlikdə yaşadığı 65 yaşlı Abdulla Arasın ünvanını müəyyən edən şübhəlilər binanın birinci mərtəbəsindəki mənzilin eyvanının pəncərəsini sındıraraq içəri daxil olublar. Şübhəlilər Arası döyüb və özləri ilə gətirdikləri bıçaqla ona xəsarət yetirərək qaçıblar.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edildi. Ağır yaralanan Aras ilkin tibbi yardımdan sonra Qazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanasına aparılsa da, həkimlərin bütün səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Abdullah Arasın cəsədi yarılma üçün Ədliyyə Tibb Qurumuna aparılıb, hadisə ilə bağlı başladılan istintaqda 7 şübhəli saxlanılıb. Şübhəlilərin jandarmada əməliyyatları davam etdirilir.
Nilay