Türkiyə Daxili İşlər Nazirliyi “Uşaq üzərində ağır cinsi istismar” cinayətinə görə 6 ildir axtarışda olan və 30 il müddətinə azadlıqdan məhrum edilən şəxsin tutulduğunu açıqlayıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir, Nazirliyin sosial media hesabında paylaşılan paylaşımda, uşağa bilərək cinsi istismar cinayətindən 6 ildir axtarışda olan və 30 il həbs cəzası kəsilən B.L-nin Karabük Bölgə Jandarma Komandanlığı Jandarma Cinayət Axtarış qrupları tərəfindən tutularaq ədliyyə orqanlarına təhvil verildiyi bildirilib.
Uşaqlarımızı hədəf alan qaranlıq təfəkkürlər, qeyri-insani hərəkətlərinə görə mütləq cavab verəcəklər. Cinayətkarlığa və cinayətkarlara qarşı mübarizəmiz qətiyyətlə davam edəcək", - deyə qeyd edilib.
Ayxan