Bursanın Yenişehir səmtində yük maşınının altında qalan minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücü Yavuz B. (27) ağır yaralanıb.
32gun.az Türkiyə mediasına istinadənən xəbər verir ki, qəza səhər saat 10.30 radələrində Marmaracık rayonunda baş verib.
Yenişehir istiqamətində hərəkətdə olan Yavuz B.-nin idarə etdiyi 16 L 5604 dövlət nömrə nişanlı avtomobil sürücünün sükanı itirməsi nəticəsində Nurullah A.-nın (58) idarə etdiyi 43 AEJ 943 dövlət nömrə nişanlı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Avtomobil yük maşınının altına girərkən sürücü Yavuz B. avtomobilin içərisində sıxışıb. Xəbər üzərinə hadisə yerinə xilasetmə, sağlamlıq və jandarma qrupları sövq edildi. Yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılan Yavuz B. sağlamlıq qrupunun müdaxiləsindən sonra müalicə üçün Yenişehir Dövlət Xəstəxanasına aparılıb.
Yavuz B.-nin səhhətinin ağır olaraq qaldığı bildirilib.
Ayxan