Ankaranın Altındağ rayonunda ölü tapılan balaca Fatmanın meyitində it dişləmələri tapılıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə axşam saatlarında Altındağ rayonu, Yıldıztəpə məhəlləsində baş verib. Uşaq meyiti vətəndaşlar tərəfindən tərk edilmiş binanın qarşısında aşkar edilib. Xəbəri alan polis qrupları hadisə yerinə gələrək müayinə etdikdən sonra cəsədin Suriya əsilli Fatma Elmuhammedə (6) aid olduğunu müəyyən edib.
Müayinə zamanı qızın bədənində it dişləmələri aşkar edilib.
Hadisə ilə bağlı polis qruplarının başlatdığı araşdırma davam edir.
Nilay