DÜNYA ÖZ XƏBƏR

Park edilmiş avtomobil alovlanıb

Türkiyədə Aydında  park edilmiş avtomobildə yanğın baş verib.

Yanğından sonra avtomobil metal qırıntısı olaraq qalıb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Efeler rayonu, Osman Yozqatlı məhəlləsində 1265-ci küçədə baş verib. Alınan məlumata görə, naməlum səbəbdən park halındakı avtomobildə yanğın baş verib . Qəfil yanğın nəticəsində avtomobil alov topuna çevrildiyi üçün vətəndaşlar vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər. Xəbərdarlıqdan sonra əraziyə polis və yanğınsöndürənlər göndərilib. Az sonra hadisə yerinə gələn yanğınsöndürənlər alova müdaxilə edib.

Xilasedicilərin sıx səyi ilə avtomobildə olan alov nəzarət altına alınaraq söndürülüb. Soyutma işlərindən sonra alov topuna çevrilən avtomobildən yalnız bir yığın qırıntı qalıb. Yanğınla bağlı araşdırmalara başlanılıb.

Ayxan 

Oxşar Xəbərlər