İmamoğlu ifadə verib - "Mən heç bir cinayət törətməmişəm" + YENİLƏNİB
İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun "Korrupsiya" istintaqındakı ifadəsi tamamlanıb.
"32gun.az" "Sözçü" qəzetinə istinadən xəbər verir ki, İmamoğlunun açıqlamasında "Mən heç bir cinayət törətməmişəm. İttihamları qətiyyətlə rədd edirəm. İstintaq qarayaxma və cinayət törətmək məqsədi daşıyır, istintaqın heç bir məntiqi, hüquqi və inandırıcı tərəfi yoxdur. Burada olmamağımın səbəbi mənə qarşı başlatılan siyasi müdaxilə və mübarizədir", - sözləri yer alıb.
Xatırladaq ki, martın 19-da saxlanılan İBB sədri Əkrəm İmamoğlu "PKK terror təşkilatına kömək etmək", "cinayət təşkilatına rəhbərlik etmək", "cinayət təşkilatının üzvü olmaq", "rüşvət", "fırıldaqçılıq", "şəxsi məlumatları qanunsuz şəkildə əldə etmək" və "tender saxtakarlığı"nda ittiham olunur.
***22:00
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun ifadəsi alınıb.
"32gun.az" xəbər verir ki, İBB sədri ifadə zamanı özünə qarşı irəli sürülən bütün ittihamları rədd edib.
***18:32
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu ifadə verib.
"32gun.az" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Terrorizm və mütəşəkkil cinayətkarlıq üzrə iki ayrı təhqiqat çərçivəsində polis idarəsində İmamoğlunun dindirilməsi başlayıb.
Bundan başqa, şübhəlilər qismində axtarılan Ertan Yıldız, Buğra Gökce və Uğur Ataman da saxlanılıblar.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən Ə.İmamoğlu və 99 şübhəli barədə "PKK terror təşkilatına kömək etmək", "cinayət təşkilatına rəhbərlik etmək", "cinayət təşkilatının üzvü olmaq", "rüşvət", "fırıldaqçılıq", "şəxsi məlumatları qanunsuz şəkildə əldə etmək" və "tender saxtakarlığı" ittihamları ilə başladılan istintaq işləri davam edir.