Ağ Evin mətbuat katibi Karolin Levitt Fox News telekanalına müsahibəsində Venesueladan 31 milyon barel neftin ABŞ-a doğru yola salındığını açıqlayıb.
32gun.az xəbər verir ki, Onun sözlərinə görə, sözügedən neft yenidən satış məqsədilə Birləşmiş Ştatlara göndərilir və əldə olunan vəsait ABŞ hökumətinin nəzarətində olan hesaba köçürülür.
“Hazırda 31 milyon barel neft ABŞ-a istiqamət alıb. Bu satışdan əldə edilən pullar ABŞ hökumətinin nəzarət etdiyi hesaba daxil olur”, – deyə Karolin Levitt bildirib.
Qeyd edək ki, 8 yanvar tarixində ABŞ prezidenti Donald Tramp Venesuela ilə bağlı açıqlamasında Birləşmiş Ştatların illər boyu bu ölkə üzərində ‘siyasi hakim’ olaraq qalmaq niyyətində olduğunu deyib. O, Venesuelanın baxımsız vəziyyətdə olan neft sektorunun bərpasının bir neçə il çəkə biləcəyini vurğulayıb.
Bununla yanaşı, Tramp ABŞ-ın Venesuela iqtisadiyyatını qısa müddətdə bərpa etməyə qadir olduğunu iddia edib. Eyni zamanda, ABŞ-ın neft şirkətləri Venesuelaya genişmiqyaslı investisiyalar yatırmazdan əvvəl Vaşinqtondan ciddi təminatlar tələb etdiklərini açıqlayıblar.
Ayaz